Ödəniş üsulları
Nağd, bank kartı və hissə-hissə ödəniş
Tosfl 5200 BCC — həm fərdi həyətyanı sahələr, həm də kənd təsərrüfatı təyinatlı ərazilər üçün hazırlanmış güclü kəsim alətidir. 52cc həcmindəki 2-taktlı mühərriki ilə ən sıx otları, alaqları və hətta kiçik kolcuqları belə asanlıqla biçir. Cihazın erqonomik "U" tipli (velosiped sükanı) tutacağı operatorun iş zamanı aləti daha rahat idarə etməsinə şərait yaradır.
Xüsusi vibrasiya əleyhinə sistem və balanslaşdırılmış çəki paylanması uzunmüddətli istifadə zamanı yorğunluğu azaldır. Ştanqın daxilindəki möhkəm ötürücü val ağır yüklərə qarşı dözümlüdür. Bu model həm leska (yumşaq otlar üçün), həm də metal bıçaq (sərt bitkilər üçün) ilə işləməyə imkan verir.