Ödəniş üsulları
Nağd, bank kartı və hissə-hissə ödəniş
Koop 100CE — ağır xidmət şəraiti və peşəkar suvarma işləri üçün hazırlanmış güclü dizel motopompadır. Bu modeli fərqləndirən əsas cəhət onun nasos hissəsinin (ilbiz) tamamilə çuqun materialdan hazırlanmasıdır. Çuqun gövdə qumlu, çirkli və aşındırıcı sularla işləyərkən alüminium nasoslara nisbətən daha uzunömürlüdür. 100/80 keçidi suyun çıxışda daha yüksək təzyiqlə ötürülməsini təmin edir.
Güclü dizel mühərriki və elektrik start (marşlı) sistemi cihazın həm səmərəli, həm də rahat istifadəsini təmin edir. Kənd təsərrüfatı, tikinti və fövqəladə hallarda suyun təxliyəsi üçün ideal həll yoludur.