Ödəniş üsulları
Nağd, bank kartı və hissə-hissə ödəniş
Koop 150LE — kənd təsərrüfatı, suvarma sistemləri və drenaj işləri üçün nəzərdə tutulmuş yüksək məhsuldarlıqlı dizel motopompadır. Nasos hissəsinin (ilbiz) tamamilə çuqun materialdan hazırlanması onu korroziyaya və aşınmaya qarşı son dərəcə davamlı edir. 6 düymlük giriş-çıxış diametri sayəsində qısa müddətdə böyük həcmdə suyu uzaq məsafələrə və yüksəkliyə ötürə bilir.
Güclü dizel mühərriki yanacaq qənaəti təmin edir və uzunmüddətli fasiləsiz iş rejimi üçün idealdır. Elektrik start (marşlı) sistemi cihazın asan işə düşməsini təmin edir.