Təsvir Colbor BSO65 Parabolik Softboks 65 sm Bowens Mount
Colbor BSO65 parabolik softboks professional foto və video çəkilişlər üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli işıq diffuzorudur. Səkkizbucaqlı (octa) dizaynı sayəsində işığı daha yumşaq və balanslı şəkildə yayaraq təbii və estetik nəticə əldə etməyə imkan verir.
Bu forma insan gözündə yaranan işıq əksini günəşə bənzətdiyi üçün videoqraflar və fotoqraflar tərəfindən ən çox seçilən softboks modellərindən biridir. Portret, müsahibə və studiya çəkilişlərində ideal işıq effekti yaradır.
Sürətli açılıb-bağlanan mexanizm quraşdırmanı maksimum dərəcədə rahat və operativ edir. Bowens mount dəstəyi sayəsində yalnız Colbor CL seriyası ilə deyil, eyni zamanda Bowens başlıqlı digər video işıqları ilə də geniş uyğunluq təmin edir.
Colbor BSO65 studiya işıqlandırmasında daha peşəkar nəticə əldə etmək istəyənlər üçün etibarlı və praktik seçimdir.