Nağd pul, ƏDV ilə hüquqi şəxslər üçün nağdsız ödəniş, BirKart, Visa/MasterCard
Zəmanət
Zəmanət 12 ay 14 gün ərzində malların qaytarılmasını dəyişdirin
Çatdırılma
Bakıda daşıyıcının tariflərinə uyğun çatdırılma qiyməti 1 - 6 saat, Öz-özünə ixrac
Əsas xüsusiyyətlər: İkitəkərli uşaq velosipedi Cube Cubie 160 16", Rose/Coral
Ümumi
Arxa tormoz:Ayaq
Brend:Cube
Komplektasiya:Zəncirinin qorunması
Rəng:Çəhrayı
Narıncı
Sürətlərin sayı:1
Tip:Uşaq velosipedi
Təkərlərin diametri, ":16
Təkərlərin sayı:2
Təsvir: İkitəkərli uşaq velosipedi Cube Cubie 160 16", Rose/Coral
Cube Cubie 160 - Yüngül çəkili uşaq velosipedi. Cube Cubie 160 böyüklərin sürdüyü mtb model velosipedlərin uşaqlar üçün adaptasiya olunmuş 1 sürətli modelidir. Kiçik ölçüdə dizayn olunmuş aksesuar və komponentlər sayəsində balacalar pedallama həzzini erkən yaşda yaşamaq şansı əldə edəcək. Cube IMPAC Smartpac şinləri və dözümlü 6061 alüminium lite çərçivəsi ilə bu velosiped qarşıya çıxa biləcək kələ-kötürlərdən artığını ram etməyə qadirdir. Hamarlanmış dairəvi quruluşlu borular yıxıldıqda zədələnməni minimuma endirir. Öndə uşaqların rahatlıqla sıxa biləcəyi Alloy Cantilever əyləclə yanaşı arxa təkərə pedaldan idarə oluna bilən əyləc quraşdırılmışdır, bu da velosipedi dayandırmağı daha rahat və səlist edir. Zəncir üzərinə çəkilmiş Hebie Chainlooper təbəqə onu çirklənmədən və köhnəlmədən qoruduğu halda həm də ayağın ona toxunub əzilməyinin qarşısını alır. Arxa təkərdəki mudguard isə yaş səthdən keçərkən sıçrayan suyu saxlamaqla yanaşı həm də velosipedə gözəl görünüş qazandırır. Çəki 7,5 kq.
Sual və cavablar (FAQ): İkitəkərli uşaq velosipedi Cube Cubie 160 16", Rose/Coral