Janome EQ25— bu, şaquli makara mexanizminə malik elektromexaniki tikiş maşınıdır, ev işləri üçün lazım olan bütün funksiyalarla təmin olunmuşdur. Daxili iynəkeçirici ipi iynəyə keçirməyi asanlaşdırır. Janome EQ25-də tənzimləmələri qurmaq çox rahatdır: tikiş cədvəli göz səviyyəsində, tikiş seçimi, tikiş uzunluğu və zigzaq eni üçün tənzimləyicilərin yanında yerləşir. Janome EQ25 istənilən növ parçalarla problemsiz işləməyə imkan verir. Bu model 19 əsas tikiş əməliyyatı yerinə yetirir: elastik zigzaq ilə rezini tikmək, gizli və overlok tikişlərilə məhsulun kənarlarını işləmək, gücləndirilmiş trikotaj tikişi ilə streç parçalar tikmək, dekorativ tikişlərdən istifadə edərək peçvorka texnikasında işləmək mümkündür. Düymələrin lazımi ölçüsünə uyğun olaraq puçqalar avtomatik rejimdə edilir. Janome EQ25, təcrübəli əl işi ustaları və etibarlı və rahat tikiş maşınında öyrənməyi arzulayanlar üçün əla seçimdir.