Planşet Apple iPad 10.2 2021 Wi-Fi 64 GB Space Grey (MK2K3RK/A)

Kod: 029192
Stokda mövcuddur
755.51 ₼

Kredit kalkulyatoru


Aylıq ödəniş: --

Ümumi ödəniləcək məbləğ: --

Əsas xüsusiyyətlər: Planşet Apple iPad 10.2 2021 Wi-Fi 64 GB Space Grey (MK2K3RK/A)

Ümumi
Akkumulyatorun həcmi, mA/saat: 6000 və artıq
Akkumulyatorun növü: Li-Ion
Arxa kamera, Mp: 8
Bazarın başlanğıc ili: 2021
Bluetooth standartı: 4.2
Brend: Apple
Brendin ölkəsi: ABŞ
Çəki, q: 487
Daxili yaddaş həcmi, Gb: 64
Dəstəklənən yaddaş kartları: Xeyr
Ekran örtüyünün növü: Parlaq
Ekranın diaqonalı, düym: 10"-10.9"
Ekranın qətnaməsi: 2048 x 1536
Eni, mm: 174.1
İstehsalçı ölkə: Çin
Kamera: Arxa Ön
Komplektasiya: Planşet Təlimat Adapter
Matrisin növü: IPS
Ön kamera, Mp: 12
Operativ yaddaşın həcmi, Gb: 3
Prosessorun nüvələr sayı: 6
Qalınlığı, mm: 7.5
Quraşdırılmış dinamiklər: 2
Rəng: Boz
Seriya: iPad 11
Təyinatı: Təhsil üçün İş üçün Əyləncə üçün
Uzunluğu, mm: 250.6
Wi-Fi standartı: 802.11a 802.11b 802.11g 802.11n 802.11ac
Xarici portlar: Audioçıxış 3.5 mm Lightning
Əməliyyat sistemi: iPadOS

Təsvir: Planşet Apple iPad 10.2 2021 Wi-Fi 64 GB Space Grey (MK2K3RK/A)

Müxtəlif məsələləri güclü şəkildə həll edir. A13 Bionic çip sayəsində yeni iPad hər hansı vəziyyətdə daha sürətli reaksiya verir: siz mesaj göndərərkən, internetdə kontent axtararkən və ya eyni vaxtda bir neçə tətbiqdən istifadə edərkən. Qrafik prosessor təsvirləri və videoları 20 faiz daha sürətli emal edir. Buna görə o, mürəkkəb qrafik oyunlar oynamaq və başqa bir çox işlər görmək üçün mükəmməldir. Daha güclü olan Neural Engine sistemi maşın öyrənməsi əsasında olan funksiyaların işləməsini təmin edir. Məsələn, iPadOS 15-dəki Onlayn-mətn funksiyası. A13 Bionic çipi Adobe Fresco və Procreate kimi mürəkkəb tətbiqlərin işini yaxşılaşdırır. Akkumulyatorun dolumu bütün günə yetir, belə ki siz iPad-də işləyə və oynaya bilərsiniz nə qədər ki, sizə lazımdır. İdeyalarınız faydalı görünür. 10.2 düymlük Retina displeyində rənglər parlaq və ən xırda detallar çox aydın təzahür olunur. O, filmlərə baxmaq və növbəti şedevr üzərində işləmək üçün ideal bir vasitədir. True Tone texnologiyası avtomatik olaraq ətraf işıqlandırmasına uyğun rəng temperaturlarını tənzimləyir ki, displeyə baxmaq həmişə rahat olsun. Çək, emal et və paylaş. Asanlıqla. "Diqqət mərkəzində" funksiyası videobağlantını real ünsiyyətə yakınlaşdırır: otaqda hərəkət etdikcə, kadrın mərkəzində qalacaqsınız. Və sosial şəbəkələr üçün videolarınız daha maraqlı olacaq. "Diqqət mərkəzində" funksiyasına əlavə olaraq 12 MP geniş bucaqlı ön kamera selfie və ya qrup şəkilləri olsun, sizi keyfiyyətli fotoşəkillərlə təəccübləndirəcək. iPad-in arxa panelindəki 8 MP-lik geniş bucaqlı kamera aydın və parlaq foto və videolar çəkir. Arxa paneldəki çoxfunksiyalı kamera həmçinin sənədləri skan etməyə və artırılmış reallıq ilə imersiv tətbiqlərə malik olmağa imkan verir. iPadOS. iPad-in üstün zəkası. iPadOS böyük displey və Multi-Touch jestləri dəstəklənməsi üçün xüsusi hazırlanmış güclü əməliyyat sistemidir. iPadOS 15 iPad-i gücləndirir: çoxlu tapşırıq icrası daha faydalı olub, məlumatları təşkil etmək üçün yeni yollar əlavə olunub və qeydlər artıq daha asan və daha rahat edilir. İstənilən maraq üçün tətbiqlər. iPad-də gündəlik tapşırıqlar üçün Apple-ın əla tətbiqləri, məsələn, Foto, Xəritələr, Mesajlar, Poçt və Safari quraşdırılıb. App Store-da iPad üçün daha bir milyondan çox tətbiq mövcuddur - axtardığınız və sizə lazım olan tətbiqləri tapmaq asandır. Burada musiqi, idman, oxu, oyun və başqa maraqlar üçün tətbiqlər toplanıb. Məlumatların qorunması. Standart olaraq. Apple-ın bütün məhsulları kimi, iPad-da da məxfiliyə riayət olunması üçün sərt tələblər nəzərə alınır. Hər kəs üçün. Texnologiyalar maksimum fayda gətirir ki, onlardan hər kəs istifadə edə bilsin. Bu səbəbdən, iPad-da görmə, eşitmə və fiziki koordinasiya pozğunluğu, eləcə də kognitiv pozğunluğu olan insanlar üçün universal əlçatanlıq funksiyaları çoxdur. Məsələn, FaceTime bir qrup videotelefon zəngində iştirakçılardan birinin işarə dili istifadə etdiyini təyin edə bilər, həmin iştirakçının videosu ekranda sabit qalacaq.

Sual və cavablar (FAQ): Planşet Apple iPad 10.2 2021 Wi-Fi 64 GB Space Grey (MK2K3RK/A)

Bu məhsul haqqında sual yoxdur.
Baxdığınız
icon_whatsapp icon_teleg icon_callback icon_email