Təsvir JBL Tune 720BT – Bluetooth 5.3 Simsiz Qulaqlıq
JBL Tune 720BT Purple güclü səs, uzun batareya ömrü və rahat dizaynı ilə gündəlik istifadə üçün nəzərdə tutulmuş simsiz on-ear qulaqlıqdır. JBL-in məşhur Pure Bass texnologiyası və 40 mm dinamik sürücülər sayəsində dərin və güclü bas səsləri təqdim edir.
Qulaqlıq Bluetooth 5.3 texnologiyası ilə stabil və sürətli simsiz bağlantı təmin edir. Multipoint funksiyası sayəsində qulaqlıq eyni anda iki cihazla qoşula bilir və məsələn planşetdə video izləyərkən telefona gələn zəngi qaçırmamağa kömək edir.
Model 76 saata qədər batareya ömrü ilə uzun müddət fasiləsiz musiqi dinləməyə imkan yaradır. Sürətli şarj funksiyası sayəsində cəmi 5 dəqiqə şarj ilə əlavə 3 saat istifadə mümkündür. Batareya bitdikdə isə 3.5 mm audio kabel vasitəsilə naqilli istifadə də mümkündür.
JBL Headphones tətbiqi vasitəsilə ekvalayzer ayarlarını dəyişmək və səs parametrlərini öz zövqünüzə uyğun tənzimləmək mümkündür. Qulaqlıq üzərində yerləşən idarəetmə düymələri ilə musiqini dəyişmək, səs səviyyəsini tənzimləmək və zəngləri qəbul etmək çox rahatdır.
Yüngül və qatlanan dizaynı sayəsində JBL Tune 720BT səyahət və gündəlik istifadə üçün ideal seçimdir.
Texniki göstəricilər:
İstehsalçı: JBL
Model: Tune 720BT
Qulaqlıq tipi: On-ear (nakladnı)
Bağlantı: Bluetooth 5.3 / 3.5 mm jack
Dinamik ölçüsü: 40 mm
Dinamiklərin sayı: 2
Tezlik diapazonu: 20 Hz – 20 000 Hz
Müqavimət (Impedans): 32 Ohm
Səs texnologiyası: JBL Pure Bass
Mikrofon: daxili mikrofon
Batareya ömrü: 76 saata qədər
Tam doldurma müddəti: təxminən 2 saat
Sürətli şarj: 5 dəqiqə = 3 saat istifadə
İdarəetmə: qulaqlıq üzərində düymələr
Multipoint bağlantı: var
Konstruksiya: qatlanan dizayn