Təsvir Klassik Tip Xəmir Yoğurma Maşını – 3 Kg Tutum, Paslanmayan Polad (AISI 304)
Klassik tipli xəmir yoğurma maşını güclü və davamlı gövdə quruluşu ilə seçilir və orta həcmli istehsal sahələri, restoranlar, çörək sexləri və kafe biznesləri üçün ideal seçimdir. Kompakt dizaynı sayəsində az yer tutur və istifadəsi olduqca rahatdır.
Qida ilə təmasda olan bütün hissələr – qab, çəngəllər və vallar yüksək keyfiyyətli AISI 304 paslanmayan poladdan hazırlanmışdır ki, bu da həm gigiyenik istifadə, həm də uzunömürlülük təmin edir.
Bu model 3 kq un və 2 litr su tutumu ilə gündəlik xəmir hazırlama prosesini sürətli və effektiv şəkildə həyata keçirməyə imkan verir. Enerjiyə qənaət edən 0,18 kW gücü ilə həm performans, həm də iqtisadi istifadə baxımından üstünlük yaradır.