Təsvir Lenovo 100 Mono USB Headset
Lenovo 100 Mono USB Headset gündəlik iş və biznes ünsiyyəti üçün hazırlanmış mono tipli USB headsetdir. Bu model xüsusilə VoIP zəngləri, onlayn görüşlər və müştəri xidmətləri üçün rahat və praktik istifadə təmin edir.
Qulaqlıq mono (tək dinamik) dizayna malikdir və istifadəçiyə həm zəngləri dinləməyə, həm də ətraf mühiti eşitməyə imkan verir. 20 Hz – 20 kHz tezlik diapazonu və 116 ±3 dB həssaslıq sayəsində səs aydın və balanslı şəkildə ötürülür. 32 Ω müqavimət isə stabil audio performansı təmin edir.
Model povorotlu boom mikrofon ilə təchiz olunub və danışıq zamanı səsin aydın ötürülməsini təmin edir. Mikrofon və tənzimlənən baş bandı qulaqlığın sol və ya sağ qulaqda istifadə edilməsinə imkan verir.
Lenovo 100 Mono USB-A Plug & Play bağlantısı ilə işləyir və əlavə proqram quraşdırılması tələb etmir. 1.8 m möhkəm kabel gündəlik istifadə zamanı rahatlıq təmin edir.
Qulaqlıq yüngül konstruksiya və yumşaq memory-foam qulaq yastığı ilə uzun müddətli istifadə zamanı komfort yaradır. Model həmçinin Google Chromebook sertifikasiyasına malikdir və Chrome OS ilə tam uyğun işləyir.
Texniki göstəricilər:
Tip: Mono USB headset
Bağlantı: USB-A (simli)
Konstruksiya: On-ear, baş bandı ilə
Drayver sayı: 1 (mono)
Tezlik diapazonu: 20 Hz – 20 kHz
Həssaslıq: 116 ±3 dB
Müqavimət: 32 Ω
Mikrofon: Povorotlu boom mikrofon
Kabel uzunluğu: 1.8 m
Uyğunluq: PC, noutbuk və Chrome OS cihazları
Xüsusiyyətlər: Plug & Play USB, yüngül dizayn, memory-foam qulaq yastığı