Təsvir Logitech Corded USB Headset H390 – EMEA
Logitech H390 gündəlik iş, onlayn görüşlər və multimedia istifadəsi üçün nəzərdə tutulmuş USB bağlantılı stereo headsetdir. Rahat konstruksiyası, aydın səs keyfiyyəti və sadə Plug & Play qoşulma imkanı ilə ofis və ev istifadəçiləri üçün ideal seçimdir.
Qulaqlıq 20 Hz – 20 kHz tezlik diapazonu ilə təmiz və balanslı stereo səs təqdim edir. 32 Ω müqavimət və 94 dB həssaslıq sayəsində səs həm zənglər, həm də musiqi və video üçün aydın eşidilir.
Model səs-küy azaldan mikrofon ilə təchiz olunub və fon səslərini minimuma endirərək danışıq zamanı səsin daha aydın ötürülməsini təmin edir. Povorotlu mikrofon qolu istifadə zamanı optimal mövqeyə gətirilə bilər və istifadə edilmədikdə kənara çevrilə bilər.
Logitech H390 USB Plug & Play bağlantısı ilə işləyir və əlavə proqram təminatı tələb etmir. Sadəcə USB portuna qoşmaq kifayətdir və qulaqlıq dərhal istifadəyə hazır olur.
Kabel üzərində yerləşən daxili idarəetmə paneli vasitəsilə səs səviyyəsini tənzimləmək və mikrofonu söndürmək mümkündür. 2.33 metr kabel uzunluğu isə istifadə zamanı daha çox hərəkət azadlığı yaradır.
Texniki göstəricilər:
Tip: Mikrofonlu stereo headset
Bağlantı: USB (simli)
Konstruksiya: On-ear, baş bandı ilə
Drayver sayı: 2
Tezlik diapazonu (qulaqlıq): 20 Hz – 20 kHz
Həssaslıq: 94 dB ± 3 dB
Müqavimət: 32 Ω
Mikrofon: Səs-küy azaldan, povorotlu
Mikrofon tezlik diapazonu: 100 Hz – 10 kHz
Mikrofon həssaslığı: –17 dBV/Pa ± 4 dB
Kabel uzunluğu: 2.33 m
Çəki: təxminən 197 g
Xüsusiyyətlər: Səs tənzimləyici, mikrofon söndürmə düyməsi, Plug & Play USB