Ödəniş üsulları
Nağd, bank kartı və hissə-hissə ödəniş
Pamer PPVAS-150BPR — avtomobillərin, həyətyanı sahələrin, fasadların və texnikaların effektiv təmizlənməsi üçün hazırlanmış yüksək performanslı yuma aparatıdır. 150 Bar təzyiq gücü sayəsində ən çətin və qurumuş çirkləri belə qısa müddətdə təmizləyir. Cihazın daxili nasosu (pompa) uzunömürlü istifadəni təmin edən dözümlü materiallardan hazırlanmışdır.
Model "Total Stop" (TSS) sistemi ilə təchiz olunub; yəni tapançanın tətiyi buraxıldıqda mühərrik avtomatik dayanır ki, bu da həm su, həm də elektrik enerjisinə qənaət edir. Erqonomik təkərləri və rahat tutacağı cihazın iş sahəsində asan hərəkətini təmin edir.