Təsvir Ray-Ban Meta Skyler Gen 2 Ağıllı Eynək
Ray-Ban Meta Skyler Gen 2 ağıllı eynək klassik dizayn və qabaqcıl texnologiyanın mükəmməl birləşməsidir. Meta və Ray-Ban əməkdaşlığı ilə hazırlanmış bu model gündəlik istifadəni daha funksional və interaktiv edir.
12 MP ultra-wide kamera ilə yüksək keyfiyyətli foto və 3K video çəkiliş imkanı əldə edirsiniz. Əllərdən istifadə etmədən, sadəcə səsli əmrlərlə (voice command) çəkiliş etmək mümkündür ki, bu da kontent yaradıcıları üçün böyük üstünlükdür.
Açıq tip daxili dinamiklər sayəsində qulaqcıqsız musiqi dinləyə, 5 mikrofon vasitəsilə isə yüksək keyfiyyətli zənglər və səs yazıları edə bilərsiniz. “Hey Meta” səsli köməkçisi ilə suallar verə, canlı tərcümə funksiyasından istifadə edə və ətraf mühit haqqında məlumat ala bilərsiniz.
Təxminən 8 saat aktiv istifadə müddəti və şarj qutusu ilə birlikdə 48 saata qədər işləmə imkanı bu eynəyi gün boyu istifadə üçün ideal edir.
???? Texnologiya və stilin bir araya gəldiyi bu ağıllı eynək ilə gündəlik həyatınızı daha ağıllı edin