Təsvir Almaz Cilalayıcı Disk (115/22 mm) – Beton və Daş üçün Professional Hamarlayıcı
115 mm-lik Professional Almaz Cilalama Diski (Çasa), tikinti və təmir işlərində zəminlərin və divarların ideal vəziyyətə gətirilməsi üçün mükəmməl alətdir. Bu disk standart kiçik laqondalara (bucaq hamarlayanlara) uyğun gəlir və yüksək dövriyyələrdə effektiv nəticə verir. Diskin üzərindəki almaz seqmentlərin xüsusi yerləşməsi materialın sürətlə yonulmasını və eyni zamanda tozun kənarlaşdırılmasını təmin edir.
Yüksək keyfiyyətli polad gövdə və termik emal olunmuş almaz təbəqəsi uzunmüddətli istismara zəmanət verir. Bu disk vasitəsilə beton qəliblərindən sonra qalan artıqları təmizləmək, köhnə yapışqan qalıqlarını çıxarmaq və daş kənarlarını pah (faska) götürmək olduqca asandır. Balanslaşdırılmış dizaynı sayəsində cihazda vibrasiyanı minimuma endirir və motorun ömrünü qoruyur.