Məxfilik Siyasəti
Şirkətimiz istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyinə ciddi önəm verir. İstifadəçilərin ad, soyad, əlaqə telefon nömrəsi, çatdırılma ünvanı və digər müvafiq məlumatları yalnız sifarişin icrası məqsədilə toplanır. Bu məlumatlar heç bir halda üçüncü şəxslərə və ya təşkilatlara ötürülmür və yalnız sifarişin yerinə yetirilməsi üçün istifadə olunur. Müştərilər elektron saytımızda daxil etdikləri məlumatları istənilən vaxt özləri üçün əlçatan şəkildə dəyişdirə və ya silə bilərlər, çünki bu məlumatlar müştərilərə aid olduğundan onların üzərində tam nəzarət hüququ vardır.
Toplanmış şəxsi məlumatlar yalnız sifarişin reallaşdırılması, ödənişin emalı və məhsulun çatdırılması üçün istifadə edilir. Məxfilik siyasətimizə uyğun olaraq, ödəniş məlumatları (bank kartı nömrələri və s.) birbaşa bizim sistemimizdə saxlanılmır və ödənişlərin aparılması təhlükəsiz ödəniş sistemləri vasitəsilə həyata keçirilir. Müştərilərimizin şəxsi məxfiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada qorunur və kompüter sistemimizdə zəruri təhlükəsizlik tədbirləri görülür.