Ödəniş üsulları
Nağd, bank kartı və hissə-hissə ödəniş
Karpat 4D sadə model, rəqəmsal ekran ehtiyacı olmayan, lakin yüksək performans və mexaniki dözümlülük axtaran ustalar üçün ən ideal seçimdir. Cihaz 360 dərəcə bucaq altında 4 fərqli müstəvi üzrə cəmi 16 xətt yaradır. Yaşıl lazer texnologiyası sayəsində şüalar uzaq məsafədən və parlaq işıqlı otaqlarda aydın görünür. Özünü-tənzimləmə funksiyası (pendulum sistemi) cihazın maili qaldığını səsli siqnal ilə xəbərdar edir və tam düzlüyü təmin edir. Konstruksiyası toz və suya qarşı dözümlü olduğu üçün çətin tikinti şəraitində uzun müddət xidmət edir.