
LuxstroyBakıQiymət, çatdırılma və ödəniş birbaşa satıcı ilə razılaşdırılır.
Bu şərtləri satıcı — «Luxstroy» mağazası — müəyyən edir. Sifarişdən əvvəl dəqiqləşdir.

Keyfiyyətə zəmanətlə təmir: – «Lux Stroy Construction» şirkəti ilə mənzil, ev və ofislərinizə ideal görüntü bəxş edin
“KOMFORT” TƏMİR PAKETİ 1. Divar və tavan işləri Divarlar mayakla suvanır, astar və üz şpatlovka çəkilir, boyanır və ya divar kağızı ilə üzlənir. Sanitar qovşağının və mətbəxdə mebel arası (fartuk) divarlara kafel vurulur. Tavanlara alçıpan vurulur, şpatlovka çəkilir və boyanır. Paduqalar quraşdırılır. Sanitar qovşağının tavanına lambrin vurulur. 2. Döşəmə işləri Sanitar qovşağı, dəhliz və mətbəxdə mebelin alt hissəsinə styajka çəkilir və metlax döşənir. Otaqlarda laqa və dikt vurulur, laminat döşənir. Plintuslar quraşdırılır. Sanitar qovşağı və dəhlizin döşəməsinə isti pol sistemi çəkilir. 3. Hidroizolyasiya Sanitar qovşağının döşəməsi və divarları döşəmədən 90 sm hündürlüyədək izolatekslə izolyasiya olunur. 4. Santexnika işləri Mətbəx və sanitar qovşağında su və kanalizasiya xətləri çəkilir. İsti pol boruları, kombi aparatı və radiatorlar quraşdırılır. Hər 3 m² sahəyə bir radiator seksiyası nəzərdə tutulur. Sanitar qovşağında tülpan, unitaz, duş kranı, tülpan kranı, gigiyenik kran, suşilka və arko kranlar quraşdırılır. Santexnika işləri tam təhvil verilir. 5. Elektrik işləri Mənzildə paylayıcı qutu quraşdırılır. Rozetka, açar, işıqlandırma, TV və internet xətləri çəkilir. Rozetkalar, açarlar və spotlar quraşdırılır. Hər otaq üçün 3–4 rozetka nəzərdə tutulur. Paketə 4 ədəd 100 mm spot daxildir. Elektrik işləri tam təhvil verilir. 6. Qapı və pəncərə işləri Daxili qapılar aksesuarları ilə birlikdə quraşdırılır. PVC pəncərə altlıqları vurulur. 7. İstifadə olunan materiallar Suvaq və yapışdırıcılar: Akdeniz, Ağdağ, Giper, Extra (Azərbaycan istehsalı). Alçıpan: Gilan, 10 mm. Dikt: 13,5 mm. Laminat: 8,5 mm. Boya: FAB, Sobasan (Azərbaycan istehsalı). Elektrik naqilləri: Ünal Kablo (Türkiyə). Elektrik aksesuarları: Aulmo (Almaniya). Santexnika materialları: Hilfan, Metak (Azərbaycan). Kombi: VitaHot və ya NeoHot, 24 kW (Çin istehsalı). Radiatorlar: VitaHot və ya NeoHot, HF 500F1 (Çin istehsalı). Üzlük materialları: Divar kağızı, kafel və metlax. Digər materiallar: Plastik plintus, poliuretan paduqa, PVC pəncərə altlığı. Sanitar qovşağı: Tülpan, unitaz və müvafiq aksesuarlar. Tavan: Lambrin. _____________________________________________________ mənzil təmiri, ev təmiri, Bakıda mənzil təmiri, KOMFORT təmir paketi, sərfəli təmir, açar təslim təmir, kompleks təmir, divar suvağı, divar boyama, divar kağızı, alçıpan tavan, kafel metlax, laminat döşənməsi, santexnika işləri, elektrik işləri, isti pol sistemi, kombi quraşdırılması, radiator quraşdırılması
Təsviri satıcı yazıb. Burada yazılan kredit, zəmanət və ya çatdırılma şərtləri məhsulu satan tərəfə aiddir.
Bu elana hələ rəy yazılmayıb
İlk rəyi sən yaza bilərsən — əvvəlcə satıcı ilə əlaqə saxla, sonra təcrübəni burada paylaş.
Bu elana hələ sual verilməyib
Öyrənmək istədiyin nə varsa birbaşa Luxstroy mağazasından soruş — WhatsApp-da yaz və ya zəng et.
Çatdırılma, ödəniş və qaytarma şərtlərini satıcı — «Luxstroy» mağazası — müəyyən edir. Başqa satıcıda fərqli ola bilər.
Ödəniş: Nağd, Kart, Bank köçürməsi, Hissə-hissə ödəniş, Qapıda ödəniş
Ödəniş, çatdırılma, qaytarma və zəmanət şərtləri məhsulu satan tərəflə razılaşdırılır. Alqı-satqı birbaşa satıcı ilə aparılır: çatdırılma, ödəniş, qaytarma və zəmanət şərtləri məhsulu satan tərəflə razılaşdırılır. İbay mağazasının məhsullarını İbay MMC satır; digər elanlarda satıcı elanda göstərilən mağaza və ya şəxsdir.